Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-19 14:37:00
Azərbaycan Texniki Universiteti UNEC-i 90 illik yubileyi münasibətilə təbrik etdi

Azərbaycan Texniki Universitetinin kollektivi UNEC-i 90 illik yubileyi münasibətilə təbrik edir

Hörmətli rektor Ədalət Muradov!

Hörmətli UNEC-in müəllimləri və tələbələri!

Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi münasibətilə bütün kollektivi təbrik edir, Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın inkişafı yolunda apardığınız məsuliyyətli işlərdə yeni-yeni nailiyyətlər arzulayırıq.

1930-cu ildə əsası qoyulan Azərbaycan Dövlət İqtisad Universiteti bu illər ərzində böyük inkişaf yolu keçib, hazırda Cənubi Qafqazın ən böyük və qabaqcıl təhsil ocaqlarından birinə, fundamental iqtisadi tədqiqatların real mərkəzinə çevrilib. 90 ildə keçdiyi məhsuldar və zəngin tarixi inkişaf yolu peşəkar iqtisadçı kadrların və alimlərin yetişdirilməsinə, müasir iqtisadi təfəkkürün formalaşmasına, iqtisad elminin inkişafına, habələ Azərbaycan iqtisadiyyatının inkişafına əvəzsiz töhfələr verib. Bu gün İqtisad Universiteti iqtisadi tədqiqatların əsas koordinatoru, iqtisad elmimizin flaqmanıdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubiley tədbirində çıxışı zamanı ölkə iqtisadiyyatını irəli aparmaq, dünyanın mürəkkəb iqtisadi sisteminə qoşulmaq üçün hazırlıqlı, dünya təcrübəsini mənimsəmiş gənc kadrların hazırlanmasını, milli iqtisadiyyatın tərəqqisi naminə sanballı empirik tədqiqatların aparılmasını kollektiviniz qarşısında əsas vəzifə kimi qoymuşdu. Bu vəzifələr hazırda UNEC-in inkişaf strategiyasının əsasını təşkil edir və rektor Ədalət Muradovun rəhbərliyi ilə müvəffəqiyyətlə icra olunur. Beynəlxalq reytinqlərdə universitetin böyük sıçrayışla irəliləməsi, nüfuzlu elmi bazalara daxil olan jurnallarda dərc olunan məqalələrin artımı, yeni ixtisasların açılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, tədris prosesində müasir texnologiyalardan istifadə, tələbələrin mübadilə proqramlarında iştirakı, beynəlxalq əlaqələrin genişləndirilməsi bunun əyani sübutdur. Son illərdə, həyata keçirilən məqsədyönlü islahatlar, Azərbaycan təhsilinin inkişafındakı misilsiz xidmətləriniz, xarici elmi dairələrin diqqətini çəkən fundamental tədqiqatlarınız Respublika ictimaiyəti və tələbə-müəllim kollektivi tərəfindən rəğbətlə qarşılanır.

Rektor Ədalət Muradovun universitetə rəhbərlik etdiyi dövr UNEC-in inkişafında yeni keyfiyyət mərhələsi kimi qiymətləndirilir. Əminik ki, universitet bundan sonra da Azərbaycan iqtisad elminin və ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək.

Bir daha sizi Azərbaycan Texniki Universitetinin kollektivi adından təbrik edirik! Yubileyiniz mübarək!