Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-18 17:06:00
Bakalavrların nəzərinə!

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistraturaya 56 saylı qəbul proqramına aid aşağıdakı ixtisaslaşmaları Beynəlxalq Akkreditasiya Təşkilatı olan FIBAA (Foundation for International Business Administration Accreditaion) tərəfindən akkreditasiyadan keçirilib:

 

-Biznesin təşkili və idarə edilməsi;

 

-Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri).

 

Biznesin idarə edilməsi (MBA) proqramı üzrə hər iki ixtisaslaşmada tədris ingilis dilindədir və təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir. İxtisaslaşmaların hər birinə cari tədris ilində 10 yer ayrılıb və hər iki ixtisaslaşmada təhsil haqqı 2800 manatdır. Agentliyin şərtinə əsasən, bu ixtisaslaşmalarda təhsil almaq üçün 2 il iş təcrübəsi tələb edilir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu ixtisaslaşmaları seçmiş və ya seçmək istəyən və 2 il iş stajına malik bakalavrlar ixtisaslaşma seçimi üçün ayrılan müddət başa çatanadək əmək kitabçasının surətini skan edərək [email protected]  elektron poçt ünvanına göndərməli, iş stajı olmayan, lakin həmin ixtisaslaşmaları artıq seçmiş bakalavrlar isə seçim ərizələrini ləğv edərək yenidən ixtisaslaşma seçimi etməlidirlər.