Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-18 13:02:00
Öyrəşdiyimiz təhsilin sonu- “Yeni normalar” necə olacaq?-İZAH

Pandemiya səbəbilə evə qapandığımız və təcrid edildiyimiz bu dövrün tibblə yanaşı, ikinci ən çox bəhs edilən mövzusu təhsildir. İlin 9 ayı hər səhər hazırlanıb məktəbə(universitetə) getmək ən güclü vərdişlərimizdən biriymiş. Mart ayında 185 ölkədə məktəblər təmamilə qapadıldı və 1.6 milyard şagird ənənəvi dərsdlərdən kənarda qaldı. Bununla da həyatımızın normal-hər zamankı kimi  getməyəcəyini anladıq.

 

Koronavirusun tibb, iqtisadiyyat və siyasət kimi sahələrə necə təsir edəcəyi müzakirə olunur. Dünya iqtisadiyyatı 1929-cu ildən sonrakı ən böyük böhranını yaşaya bilər.

 

Avstriyalı yazıçı Stefan Zweig’ın “Dünənin dünyası” adlı avtobioqrafiyasında “Keçən əsrdə təhsil” başlıqlı bölüm yer alıb. Bu hissədə 1800-cü illərin sonundakı təhsil həyatından bəhs edilir:

 

“Məktəbdə saatlar çox bəsit şəkildə və süst keçirdi. Buradakı sərt sistem bizi əsəbiləşdirirdi. Məktəblər makina kimi soyuq şagird yetişdirirdi. Biz dərsimizi öyrənirdik və imtahan verirdik. 8 il müddətində heç kim bizim nə öyrənmək istədiyimizi soruşmadı. 4 və ya 5 saatlıq partaların üstündə oturub belimiz əyildikdən sonra 10 dəqiqəlik fasilə verilirdi. Bizim təmiz havaya və hərəkət etməyə ehtiyacımız vardı. Avstriyanın bütün dövlət idarələrində olduğu kimi sinfimizdəki o kif qoxusunu unutmuram”.

 

Məktəbin sosial cəhətdən nə dərəcədə önəmli olduğunu pandemiya dövründə daha yaxşı anladıq. Koronavirusun bizə öyrətdiyi əsas məslələrdən biri internetdən faydalı işlər üçün istifadənin vacibliyi oldu. Həyatımıza ZOOM adlı platforma daxil oldu. Hər gün 300 milyona yaxın insan bundan istifadə edir. Həm işlərimizi, həm də təhsilimizi uzaqdan idarəylə nə qədər asanlaşdıra biləcəyimizi öyrəndik. Lakin belə həqiqət də var ki, internetsizlik hər kəsin eyni qaydada təhsil almasına mane olur.

 

“Əvvəlcə necə bir dünyada yaşamaq istədiyimizə qərar verməliyik, sonra bu dünyanı quracaq təhsil sisteminin necə olması gərəkdiyinə…”

 

Məktəbi təkcə bir öyrənmə mərkəzi olaraq görməkdən əl çəkilməlidir. Şagirdlər məktəbdə dostlar qazanır, oyunlar oynayır, hərəkət edirlər. Bunlar dərsdə başa salınan şeylər deyil.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları