Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-17 11:11:00
Bu il MİQ müsabiqəsində namizədlərin sağlamlığı bu şəkildə qorunacaq

“Bu ilki MİQ müsabiqəsində iştirak edən namizədlərin sağlamlıqlarının qorunması üçün zəruri tədbirlər görüləcək”.


Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.


O, müəllimlərin işə qəbulu ilə bağlı vacib məsələlərə aydınlıq gətirib.


“İmtahanların dəqiq vaxtı hələ ki, bəlli deyil. Bu il müəyyən dəyişiklik və yeniliklərin olması gözlənilir. Əsəs məsələlərdən biri də məktəblərimizin yaxşı müəllimlərlə təmin olunmasıdır. Buna görə də bu məsələ bizim üçün çox vacibdir. Onu daima diqqətdə saxlamalıyıq”.


İlqar Orucov tədris ili ərzində qəbul edilən dəyişiklərdən söz açıb.


“MİQ-lə bağlı əhəmiyyətli dəyişiklərə müddətli müqavilə ilə işə qəbul olunmanın mərkəzləşmiş qaydada həyata keçirilməsi, elektron yerdəyişmələr başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərin ilk növbədə həmin rayon üzrə qeydiyyatda olan namizədlərə təklif olunması, vakansiyadan imtina edən namizədlərin müsabiqınin növbəti turuna buraxılmaması, müsabiqənin test imtahan mərhələsindən məntiqə aid sualların çıxarılması aid edildi”.


Məsul katib bu il MİQ-lə bağlı əsas yeniliklər haqqında məlumat verib.


“Edilən dəyişiklərdən əlavə xeyli yeniliklər də var. Bu ilki müsabiqədə iştirak edən namizədlərin sağlamlıqlarının qorunması üçün zəruri tədbirlər görüləcək. Onlar arasında sosial məsafə qorunacaq, seanslardan sonra dezinfeksiya işləri aparılacaq. İmtahanlar isə daha geniş məkanda keçiriləcək”.


Bu ilki müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən, dövlət nişanlı təhsil sənədi şəxslər iştirak edə bilər.


“Müsabiqə 4 mərhələli şəkildə keçiriləcək. İlk mərhələni ərizələrin qəbulu təşkil edir. Burada 50 minlik kantingent nəzərdə tutulub. Sonrakı mərhələlər isə test imtahanı, vakant yerlərin seçilməsi və müsahibədir. Burada həmçinin gözdən əliliyi olan insanlar üçün də imkanlar yaradılıb. Onların test imtahan mərhələsində iştirakı üçün bütün tədbirlər görüləcək.


Vacib məqamlardan biri də müsahibə mərhələsidir. Çünki burada namizədlərin peşəkar konfidensiaları, psixoloji hazırlıqları və ümumi dünyagörüşləri əsas götürülür. Şəffaflıq maksimum dərəcədə təmin olunacaq. Bu nazirliyin və İctimai Şuranın istəyidir. Eyni zamanda ümumtəhsil müəssisələrində müəllimlərin işə qəbulu qaydasında da bu öz əksini tapıb”.


Qeyd edək ki, MİQ müsabiqısinin bu ilin iyul və avqust aylarında keçirilməsi nəzərdə tutulur.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları