Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-17 09:35:00
Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçiriləcək-RƏSMİ

Azərbaycanda ümumtəhsil müəssisələrində direktorların işə qəbulu müsabiqəsinin avqust ayının əvvəlində keçiriləcəyi gözlənilir.

 

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

Onun sözlərinə görə, texniki təchizatla bağlı işləri 2 dəfə görməmək üçün direktorların işə qəbulunun test mərhələsi müəllimlərin işə qəbulunun test mərhələsindən dərhal sonra keçirilir:

 

"Bu hesabla götürsək, o qənaətə gələ bilərik ki, direktorların işə qəbulu avqust ayının əvvəlinə təsadüf edəcək. Namizədlərin tez bir zamanda müsabiqəyə hazırlaşmağa başlamasında fayda görürəm".