Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 18:00:00
Ən qəribə “Son zəng”, imtahanların bilinən tarixləri, gözlənilməz qərarlar- Təhsil icmalı

 

 

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir.

 

 

Yola saldığımız həftədə - 8-14 iyun tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Təhsil naziri  ”Son zəng”i çaldı

 

 

2019-2020-ci tədris ilinin virtual "Son zəng"i yaddaşlara həkk olundu.

 

 

Bu tədris ilinin məzunları üçün son zəng ötən illərdən fərqli olaraq Təhsil naziri tərəfindən çalındı.

 

 

Buraxılış imtahanlarının qrafiki elan olunub

 

 

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə 18 və 19 iyunda keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

 

 

Verilən  məlumata görə, 10 və 11 iyunda keçiriləcək imtahanların qrafiki daha əvvəl elan edilib.

 

 

Təhsil haqları ilə bağlı yeni kateqoriyalar müəyyənləşib

 

 

Yeni kateqoriyalara əsasən, ünvanlı sosial yardım alan ailələrin övladları, valideynləri birinci və ikinci dərəcəli əlil olan, işsiz kimi qeydiyyata alınan, yaşa görə əmək pensiyası və sosial müavinət alan tələbələr ödənişlə bağlı müraciət edə bilərlər.

 

 

Növbəti buraxılış imtahanları  bu rayonlarda keçiriləcək

 

 

11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı - Qaradağ (Bakı), Goranboy, Göygöl, Sabirabad, Salyan, Tovuz, Gədəbəy, Lənkəran, Lerik, Ağdam,  Beyləqan, Hacıqabul;

 

 

Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün - Xətai (Bakı), Sumqayıt (I hissə, siyahı),Zaqatala Qax, Göyçay, Ağdaş, Xaçmaz;

 

 

9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı - 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı - Sumqayıt (I hissə siyahı), Zaqatala, Qax, Göyçay Ağdaş, Xaçmaz, Qobustan;

 

 

01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin məzunları üçün qəbul imtahanı - Xətai (Bakı);

 

 

Azərbaycan dili (dövlət dili) imtahanı – Azərbaycan dilindən fərqli dildə təhsil alan 9- cu sinif cari ilin məzunları üçün - 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün - Qaradağ (Bakı), Goranboy, Göygöl, Sabirabad, Salyan Tovuz, Gədəbəy, Lənkəran, Beyləqan Hacıqabul.

 

 

 

Direktor olmaq istəyənlər bu tarixdə imtahan verəcəklər

 

 

“Direktorların İşə Qəbul imtahanının test mərhələsi MİQ müsabiqəsinin test mərhələsindən bir gün sonra keçiriləcək”.

 

 

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

 

Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik edildi

 

 

Bu ildən artıq müəllimlərin işə qəbulu müsabiqəsində namizədlərin topladıqları ballar iki tədris ili ərzində qüvvədə qalmayacaq.

 

 

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

 

10 və 11 iyunda keçirilən imtahanların nəticələri açıqlanıb

 

 

10 və 11 iyun tarixlərində keçirilən 9-cu sinif buraxılış, 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və 11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanlarının nəticələri elan olunub.

 

 

Attestasiya imtahanlarının nəticələri yaxın 3 həftə ərzində elan ediləcək

 

 

10 və 11 iyun 2020-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) imtahanında şagirdlər 12 tapşırıq (ana dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 4 tapşırıq) üzrə ümumilikdə 253000-dən çox yazı işi yerinə yetiriblər.

 

 

Müsabiqədə uğur qazanmayan müəllimlər  işdən çıxarılmayacaq

 

 

Müəlllimlərin yerdəyişməsi müsabiqəsində uğur qazanmayanlar işlədikləri məktəbdə vəzifəsindən azad edilmirlər.

 

 

BunuTəhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

 

Müəllimlər könüllü şəkildə sertifikasiyada iştirak edə bilməyəcəklər

 

 

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

 

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri bu tarixdə açıqlanacaq

 

 

“Yerdəyişmə müsabiqəsinin nəticələri iyun ayı ərzində bilinəcək”.

 

 

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları