Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 16:38:00
Təhsil İdarəsi: 312 valideyn ilkin qeydiyyatdan keçsə də, nə canlı, nə də onlayn müsahibə formasını seçib

"2020-2021-ci tədris ilində ilk dəfə elektron sistemlə qeydiyyat yaradılıb". 

 

AzEdu.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib. 

 

Onun sözlərinə görə, tədrisi digər dildə olan valideynlər müsahibə mərhələsini seçmək üçün şəxsi kabinetə daxil olaraq hər iki müsahibə formasını seçə bilir: "Videobağlantı formasında komissiya üzvləri uşaqlarla ünsiyyət quraraq həmin dildə uşağın hansı bilgiyə sahib olduğunu öyrənilər. Uşaqlar ailə üzvlərinin yanında daha rahat komissiya üzvlərinin suallara cavab verirlər. Mövcud vəziyyətə görə onlayn müsahibələrin keçirilməsi şəraiti yaradılıb. Onlayn müsahibədə valideyn uşağının təhlükəsizliyini də qorumuş olur. Hazırda 4392 valideyn onlayn qeydiyyatda olması üçün müsahibəyə yazılıb, bir neçə gündür müsahibələr davam edir. Ancaq 312 valideyn ilkin qeydiyyatdan keçsə də nə canlı, nə də onlayn müsahibə formasını seçib".