Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 17:02:00
Peşə təhsil mərkəzlərinin məzunları tibbi maska istehsalına cəlb edilib

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Save Tekstil” MMC ilə birgə tibbi maska istehsalına başlayıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, maska istehsalı Türkiyədən və Çindən gətirilən müasir avadanlıqlar vasitəsilə aparılır. İstehsal müəssisəsinə müvafiq ixtisaslar üzrə təhsil alan 20-yə yaxın peşə təhsil mərkəzinin məzunu cəlb edilib.

 

Hazırda istehsal imkanı gündəlik 15 min maskadır. Yaxın zamanlarda maska sayının gündəlik 50 minə çatdırılması planlaşdırılır.

 

Müəssisənin istehsal etdiyi tibbi maskaları şəhərimizin apteklərindən almaq mümkündür.