Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 14:06:00
Tələbələr arasında stolüstü dama üzrə birincilik

Mingəçevir Dövlət Universiteti İdman sağlamlıq kompleksinin təşəbbüsü ilə universitetin tələbələri arasında Microsoft Teams platformasında stolüstü dama üzrə yarış keçirilib.

 

15 iyun Milli Qurtuluş Gününə həsr edilən onlayn yarışda tələbə-idmançılar öz aralarında 3 oyun keçiriblər. Yarışın qalibləri əsasnaməyə uyğun olaraq keçirdikləri oyunlarda qələbə qazandıqları partiyaların sayına və bu partiyalarda qələbəyə sərf etdikləri minimum vaxta görə müəyyənləşdirilib.

 

Yarışın nəticələrinə əsasən,  universitetin tələbəsi Bəyim Salahova ən yüksək mükafata layiq görülüb. Seyidağa Abdullayev və Nurlan Rəcəbov gümüş mükafata, Salatın Babayeva və Fatimə Babayeva isə bürünc makafata sahib olub.

 

Yarışa İdman sağlamlıq kompleksinin direktoru, baş hakim Fərman Məmmədov rəhbərlik edib.