Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 15:03:00
Bakıda 28 mindən çox şagird monitorinqə cəlb edilib

İbtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, monitorinqə Bakı şəhəri üzrə 218 məktəbdən 28 830 şagird cəlb edilib.

 

Monitorinqlərin nəticələri ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə təhlil edilib.