Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 11:28:00
Paytaxt məktəblisi beynəlxalq müsabiqədə birincilik qazanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 82 nömrəli tam orta məktəbin III sinif şagirdi Amal Ahmadulin onlayn şəkildə keçirilən “2020-ci ilə təşəkkür edirik” beynəlxalq gənclərarası müsabiqədə I yeri qazanıb.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, X beynəlxalq gənclərarası müsabiqədə “Xoreoqrafiya” nominasiyası üzrə istedadlı məktəblinin nümayiş etdirdiyi “İgidlər rəqsi” maraqla qarşılanıb. Məktəbli uğurlu çıxışına görə 9-11 yaş kateqoriyası üzrə 100 baldan 91-ni toplayaraq I dərəcəli diploma layiq görülüb.

 

Qeyd edək ki, bu, onun ilk uğuru deyil. Beş yaşından Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində rəqslə məşğul olan məktəbli 2018-ci ildə ölkəmizdə keçirilən dünya rəqs festivalında və açıq Azərbaycan çempionatında “Alov” ansamblının tərkibində uğurla iştirak edərək I yeri tutub. Amal Ahmadulin rəqslə yanaşı, rəsm çəkməklə də məşğuldur.