Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 12:05:00
Müəllimlər MİQ suallarının sadələşdirilməsini istəyirlər --TƏKLİF

 

 

“İctimai Şura və Təhsil Nazirliyi düşünür ki, MİQ  istiqamətində tələblər ciddi olmalıdır”.

 

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

 

 

“Bu iclas iyul və avqust aylarında keçirilməsi nəzərdə tutulan mərkəzləşdirilmiş MİQ müsabiqəsinə həsr olunub. Bu mövzu xeyli dərəcədə aktualdı. Biz bunu nəzərə alaraq onlayn rejimdə bir sıra müzakirələr təşkil etdik.

 

Bu müzakirələrə 800-dən çox rəy və təklif daxil oldu. Burada təhsillə bağlı əsas mövzularla əlaqədar insanlar öz mövqeylərini bildirdilər.

 

Biz İctima Şura olaraq əsas təklif, gözlənti və problemləri ümumiləşdirdik. İctimai Şuranın təhsil sahəsində öz yeri olan 11 nəfər təcrübəli şəxslərinin rəylərini nəzərə alaraq onları nazirliyə yönəltdik. Ümid edirəm ki, bu onlayn iclasda müzakirə edilən əsas məsələlər faydalı əhəmiyyətə malik olacaq”.

 

 

İlqar Orucov müzakirə zamanı onlara ünvanlanan  təkliflərindən də söz açıb:

 

 

“Biz rəy və təklifləri  ümumiləşdirdik, çünki əksəriyyəti bir-birinin davamı idi. Bu sualları verən şəxslər MİQ-də iştirak etmək istəyən müəllimlər idi.

 

Əsas istiqamətlərdən biri də MİQ suallarının asanlaşdırılması ilə bağlı çox  oldu. Bu, başadüşülən idi. İctimai Şura və Təhsil Nazirliyi isə düşünür ki, bu  baxından tələblər ciddi olmalıdır. Çünki XXI  əsrdə Azərbaycan məktəbləri üçün müəllimlər işə qəbul ediriksə, onlar mütləq yüksək  savad və dünyagörüşə sahib olmalıdırlar.  

 

 

Digər bir məsələ isə koronavirus ilə əlaqədar yaranan təhlükəsizlik problemidir. Bu məsələ hər zaman diqqətdə olub. MİQ imtahanı zamanı bütün təhlükəsizlik qaydaları ən yüksək səviyyədə təmin ediləcək. Çünki insanların təhlükəsizliyi daha önəmlidir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları