Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-15 15:46:00
“Cəmiyyətimiz üçün yenə də əlimdən gələni edəcəyəm” – 79 yaşlı Şahlar Əsgərov  

 

İyun  15-də Fizika-riyaziyyat elmləri doktoru professor, Əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun 79 yaşı tamam olur.

 

Şahlar müəllim yeni yaş təəssüratını və qarşıdakı görüləcək işləri ilə bağlı  AzEdu.az-a danışıb:

 

 “Yeni kitab üzərində çalışıram”

 

 “İnsan yaradıcı varlıqdır və yaşadığı hər gün haqda özünə hesabat verməlidir. Yeni yaşımda da həyata keçirməyi düşündüyüm planlarım çoxdur. Hazırda yeni kitab üzərində çalışıram”

 

 “Koronavirus şuranın fəaliyyətini də çərçivəyə aldı”

 

 Şahlar Əsgərov sədri olduğu İctimai Şuranın fəaliyyətinə də toxunub:

 

“Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu il sentyabrın 15-də fəaliyyətə başladı. Azərbaycan Dövlət Texniki Universitetində bizim üçün yer ayrıldı. İctimai Şuranın bütün üzvləri çalışqan insanlardırlar.

 

İş planlarını müəyyənləşdirdik və bu da 2020-ci ilin yanvar ayınadək davam etdi. Bu aylar ərzində bir neçə iclas, tədbir təşkil etdik. Jurnalistlərlə, müəllimlərlə görüşlər  keçirdik.

 

Lakin koronavirus şuranın fəaliyyətini də çərçivəyə aldı. Üzvlərlə canlı görüşləri nisbətən az həyata keçirə bildik. Tez-tez onlayn danışıqlar apardıq. Danışıqlar zamanı ictimaiyyəti narahat edən məsələləri (məsələn, məktəbli formasını, MİQ prosesini və s.) müzakirə etdik. Təhsil naziri Ceyhun Bayramovla onlayn görüşümüz oldu, qarşılıqlı dialoqlar quruldu.

Allahın köməkliyi ilə  yeni yaşımda da cəmiyyətimiz üçün əlimdən gələni edəcəyəm”.

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları