Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-15 15:30:00
Alimlər öskürək siroplarının koronavirusa təhlükələri barədə xəbərdarlıq etdilər

Beynəlxalq alimlər qrupu çox sayda öskürək və soyuqdəymə dərmanlarında tapılan ortaq komponentin koronavirusa zərərli ola biləcəyini müəyyən edib.

 

Mütəxəssislərin fikrincə, dekstrometorfan SARS-CoV-2 patogen mikroorqanizmlərinin çoxalmasına səbəb ola bilər.

 

Tədqiqatçılar Afrikanın yaşıl meymunlarının hüceyrələri üzərində təcrübə aparıblar. Dərmanlara reaksiyada oxşarlıq müşahidə edilib.

 

Dekstrometorfanın virusa yoluxan heyvan hüceyrələrinə daxil olması ilə SARS-CoV-2-nin böyümə sürətinin artdığı məlum olub.

 

İstehsalçılar beyində öskürək refleksinə səbəb olan siqnalların təzyiqini azaltmaq üçün dekstrometorfandan istifadə edirlər. Bununla birlikdə, mütəxəssislər bu tərkib hissəsinin təsdiqlənmiş koronavirus xəstələrinə təsiri ilə bağlı əlavə tədqiqatların aparılmasının vacibliyi barədə xəbərdarlıq edirlər.

 

Daha əvvəl Stenford alimləri hepatit B-nin müalicəsində istifadə olunan dərmanın koronavirusun yüngül formasında müalicə üçün istifadə edilə biləcəyini qeyd ediblər. Bunun xəstələrin immunitet sistemini gücləndirməsinə kömək edəcəyi gözlənilir.

 

Oxu.az