Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-15 14:40:00
UNEC-Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi BDMD,   ixtisas seçimi aparır

 UNEC-Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi BDMD, magistratura və doktorantura  ixtisaslaşmalarına  qəbul olunacaq bakalavrlar üçün xüsusi imkanlar təqdim edir:

 

- Həftə ərzində üç gün (bazar ertəsi, çərşənbə axşamı və çərşənbə) saat 18:40 - da başlayan dərslər;


- Dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almış və iş dünyasının öndə gedən mütəxəssislərindən ibarət akademik heyət;


- Beynəlxalq təcrübəyə əsaslanan tədqiqat və dörd dildə təhsil mühiti;


- Dövlət və özəl sektorun müxtəlif qurumlarında karyera perspektivləri

 

Və bunun kimi bir çox imkanlardan və üstünlüklərdən  faydalanmaq istəyirsinizsə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) sizin yolunuzu gözləyir.

 

AzEdu.az  xəbər verir ki, mərkəzdə sadəcə aşağıda qeyd olunan 26 - cı proqram ixtisasları üzrə qəbul aparılır.