Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-15 12:39:00
36 qrant layihəsi qalib olub

2019-2020-ci il tədris dövründə paytaxt üzrə 36 layihə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olub. 

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrindən 39, 58, 84, 129, 145, 150, 155, 177, 212, 214, 216, 232 nömrəli tam orta məktəblərə və 147 nömrəli Texniki-Humanitar Liseyə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 23 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.

 

Hazırda Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qeydiyyatı yekunlaşıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri və bu tədris ocaqlarında çalışan müəllimlər də fəal şəkildə IV qrant müsabiqəsinə qoşulub.