Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-15 12:13:00
"Onları Siz nəsil alimlər bizə tanıtdırmalı idi, ancaq bunu edə bilmədiniz..."

Professor Kamil Vəli Yazır: Erməni qədər bizə cox yaxın (mədəniyyət, məisət, zövq...) ikinci bir millət yoxdur. Bir əsas fərqlə. Biz ailəmizin vurğunuyuq, ermənilər öz millətini sevirlər, ona fəda olurlar...Biz ailə, qadın, qız, bacı, gəlin qeyrətini muqəddəs bilirik, erməni vətən qeyrətini müqəddəs bilir...

 

Hörmətli Kamil müəllim! Mustafa Kamal Atatürkün məşhur bir kəlamını yadıma saldınız: "Vətəni ən çox sevən, vəzifəsini ən yaxşı edəndir." Mənim 26 il Ermənistanla bağlılığım olub. Orta məkəbi orda bitirmişəm. Ermənicə Dərsliklərdə qondarma genosiddən mövzular salırdılar. Toylarda Andranik haqqında mahnılar oxuyurdular. Aprelin 24-də azərbaycanlılar evdən bayıra çıxa bilmirdilər. Mən hələ lənətə gəlmiş Kilsə amilini demirəm.

 

Ali məktəbdə oxuduğumuz dövrdə belə Cümhuriyyət qurucularından xəbərsiz qaldıq. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Firudun bəy Köçərlinin və digər mütəfəkkirlərin əsərlərini vaxtında oxuya bilmədik. Onları Siz nəsil alimlər bizə tanıtdırmalı idi...Ancaq bunu edə bilmədiniz. Ən böyük bəlamız isə ermənini tanımamağımız oldu. Onun necə təhlükəli və qəddar düşmən olduğunu böyük faciələrdən sonra dərk etdik.

 

Knyaz Nikolay Trubetskoy 1914-cü ildə yazırdı: "Ermənilər parazit xalqın və mütiliyin bütün cizgilərinə malikdirlər. Onların daşıdıqları antipatiya öz qonşularına nifrətə qədər gəlib çatıb. Bu antipatiya və nifrəti onlarla həmfikir olanda belə unutmamalısan”.

 

Etibar Əliyev, Millət vəkili