Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-15 11:47:00
BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi 15 iyun - Milli  Qurtuluş  Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi 15 iyun - Milli  Qurtuluş  Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb.

 

AzEdu.az xəbər verir ki, mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Aslan Əzimzadənin ifasında "Yaşasın Heydərlə Azərbaycanım", Rəqsanə Əsədovanın ifasında "Mən Azərbaycanlıyam" mahnısı və Jurnalistika fakültəsinin tələbəsi Ruhiyə Balakişiyevanın ifasında “Ulu bir sərkərdə, ulu bir öndər” şeiri səsləndirilb.

 

Ədəbi-musiqili kompozisiya BDU TV-nin texniki dəstəyi ilə hazırlanıb.