Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-02 15:59:25
Təhsil üçün axın etdiyimiz və gözümüzdən düşən ölkələr, bizi aldadan kurslar – Ekspertdən vacib məsləhətlər

 

“Qəbul imtahanlarından sonra Türkiyə  Universitetlərində təhsilə axın olacağı gözlənilir. Çünki orada yaşam və təhsil xərcləri Azərbaycandakından dəfələrlə ucuzdur. Məsələn, bir tələbə Sakarya Dövlət Universitetində dördillik təhsilhaqqı və yaşam üçün xərclədiyi pulla burada yalnız  birillik təhsil haqqını ödəyə bilər”.

Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil məsələləri üzrə mütəxəssis Fuad Hacıyev bildirib. Hazırda tələbələrin əsasən Baltikyanı ölkələrə üz tutduğunu deyən təhsil eksperti Azərbaycandakı təhsil şərtlərini əcnəbi ölkələrlə müqayisə edib:

“Hazırda xaricdə təhsil sahəsində durğunluqdur. Səbəbləri isə çox sadədir. Məsələn,  xaricə getməyi planlayan insanlar artıq çoxdan müraciət ediblər. Çünki bir çox Avropa ölkələrində, o cümlədən nüfuzlu Türkiyə universitetlərinin çoxunda artıq  “dedlaynl”ar (son müddət) bitib. Yenidən müraciətlərin çoxluğu isə iyul ayı üçün gözlənilir. Bunun səbəbi isə çox sadədir. İnsanlar öncə Azırbaycandakı yekun imtahanların nəticələrini gözləyir, daha sonra digər ölkələrə baxırlar.  Bu aralar daha çox Polşa,  Latviya və Livada təhsil üçün müraciət edirlər. Bunlar əsasən master müraciətləri olur. Qəbul imtahanlarından sonra Türkiyə  universitetlərinə təhsilə axın olacağı gözlənilir. Çünki orada yaşam və təhsil xərcləri Azərbaycandakından dəfələrlə ucuzdur. Məsələn, bir tələbə Sakarya Dövlət Universitetində dördillik təhsilhaqqı və yaşam üçün xərclədiyi pulla, burada yalnız  birillik təhsil haqqını ödəyə bilər. Ümumiyyətlə, Azərbaycanda təhsil xərcləri nə verilən təhsilə, nə də insanların gəlirlərinə uyğun deyil. Bir həkim rüşvət almadan  ödənişli əsaslarla uşaq oxutdurmağa çalışsa, gərək, onun bütün ölkə banklarına borcu ola”.

O, son illərdə Ukraynada təhsilin Azərbaycan gəncləri üçün dəbdən düşdüyünü qeyd edib:

“Əvvəlki illərlə müqayisədə Ukraynaya gedənlərin sayında ciddi fərq var. Çünki  həm diplomların tanıdılmasındakı çətinliklər, həm təhsilin o qədər də qənaətbəxş olmaması, hərbi komissarlığın çox vaxt möhlət verməməsi - hər biri öz təsirini göstərib”.

Eskpert  insanların araşdırma aparmadan  müraciət etdikləri xaricdə təhsil şirkətininin onlar üçün sonrakı fəsadlarından da söz açıb:

 “Xaricdə təhsil üçün müraciət edən tələbənin şirkət seçimi çox önəmlidir. Məsələn, biz  bugünlərdə Study in Turkeyin rəsmi nümayəndəliyini aldıq. Bu, bizim tələbələrin seçim rahatlığı üçündür. Bəzən tələbələr gəlib deyir ki, bizə tibb təhsili söz vermişdilər, amma etmədilər, pulumuz batdı, uşaq da ortada qaldı. Axı ağıl var, məntiq var. Attestanda “3” olan tələbəni Türkiyə universiteti niyə tibbə qəbul etməlidir? Hər kəs qiymət və imkanlarına uyğun ixtisas seçməlidir. Ümumiyyətlə, xaricdə təhsil şirkəti seçəndə çox diqqətli olmaq lazımdır. 2 500 manatlıq xidməti 500 manata satan adam sizin işinizi görən deyil. O, sadəcə sizin pulunuzu alıb yemək məqsədindədir.

Azərbaycandakı qəbul imtahanının balı ilə xaricdə universitet axtaranlar da var. Bu balı Türkiyə və bir neçə Baltikyanı ölkələri tanıyır. Amma bu, heç kəsə hansısa avantaj vermir.

Son illər Türkiyəyə müraciət edənlər arasında İBF (qtisadi İdari Bilimler), İdarəetmə,  Beynəlxalq Münasibətlər, Turizm, Mühəndislik ixtisaslarını seçənlər çoxalıb. Adətən onların qeydiyyatla bağlı  hər hansı çətinliyi olmur. Əsas qəbul olunmaqdır. Ondan sonrakı oturum izni almaq kimi məsələlər həllolunandır”.

Onun sözlərinə görə qoşulduğumuz beynəlxalq konvensiyalara əsasən ölkəmizdə distant təhsil tanınmalı olsa da, ölkəmiz bunu tanımır:

“Xarici universitetlərdə distant təhsil bizdə tanınmır. Buna baxmayaraq hazırda işi olan, sadəcə bilgilənmək istəyənlər bu üsulla təhsilə üz tuturlar. Düşünürəm ki, bir neçə ilə distant təhsil alan tələbələrinsayı artacaq. Əslində, qoşulduğumuz  beynəlxalq konvensiyalara əsasən ölkəmizdə distant təhsil tanınmalıdır. Amma yenə də vəzyyət eynidir”.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları