Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-15 09:28:00
Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək

Mingəçevir Dövlət Universiteti (MDU) tərəfindən reallaşdırılan “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti görüş keçiriləcək. İkinci görüşün qonağı Mili Məclisin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev olacaq.

 

AzEdu.az xəbər verir ki, “Müasirləşən ali təhsil və yüksəkixtisaslı mütəxəssis hazırlığı” mövzusunda keçiriləcək görüş Microsoft Teams platforması üzərindən onlayn təşkil olunacaq.

 

İyunun 17-də saat 12:00-da başlayacaq görüşdə iştirak etmək istəyənlər [email protected]  elektron poçt ünvanına müraciət göndərə bilərlər.

 

Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində ilk görüşün qonağı BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli olub.