Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-14 16:31:00
Müəllimlərə sertifikasiya ilə bağlı vacib xəbərdarlıq –  “Buna icazə yoxdur”

 

 

“Müəllimlər könüllü şəkildə sertifikasiyada iştirak edə bilməyəcəklər”.

 

 

AzEdu.az xəbər verir ki, bunu  Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

 

O, vurğulayıb ki, müəllimlərin bu prosesdə könüllü iştirak etmək istəyi alqışlanmalıdır.

 

 

“Lakin bu texniki məsələ olduğu üçün könüllülük əsas deyil. Sertifikasiyanın  5 ildən bir keçirilməsi nəzərdə tutulub. Burada olduqca çox təhsil işçisinin iştirakı gözlənilir və bu şəxsi istəkdən asılı deyil”.

 

 

Qeyd edək ki, müəllimlərin sertifikasiyası bu ilin payızında keçiriləcək.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları