Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-14 14:04:00
“Elmi resurs bazalarından effektiv istifadə” mövzusunda vebinar

Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov Azərbaycan Elm Assosiasiyasının onlayn təşkil etdiyi vebinarda “Elmi resurs bazalarından effektiv istifadə” mövzusunda çıxış edib.

 

E.Süleymanov elmi jurnallara məqalə göndərmək və prosesi izləmək, elmi şəbəkələrə üzv olmaq və onlardan effektiv istifadə etmək, həmçinin elmi işləri daha geniş auditoriyalara yaymaq və ondan istifadə edilmə proseslərini izləmək barədə ətraflı məlumat verib. O, beynəlxalq əməkdaşlıq imkanları əldə etmək, eləcə də ortaq layihələrə dəvət almaq məsələləri haqqında iştirakçıları məlumatlandırıb.

 

Vebinarla maraqlanan şəxslər linki vasitəsilə izləyə bilərlər.