Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-14 11:31:00
Elon Musk çətin sual qarşısında: Starship Aya necə enəcək?

SpaceX-in sahibi Elon Musk Tvitterdə şirkətin Aya göndərmək istədiyi Starship kosmik gəmisinin peykin səthinə necə enəcəyilə bağlı müzakirəyə qatılıb. 

 

AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, E.Muskın sözlərinə görə, Starship gəmisi üçün yeni ayaqlar üzərində iş gedir. 

 

Şirkət rəhbəri onu da vurğulayıb ki, küləyə dözümlü, qayalı peykə eniş üçün daha geniş səthə və avtomatik amortizasiyaya ehtiyac var. 

 

Elon Musk atmosferik Starship Yerə geri dönəcəyi, yaxud Mars kimi atmosferə malik digər planetlərə eniş edəcəyindən dolayı güclü küləkdə balansı qorumaq üçün raket mühərriklərinə sahib olacağını da bildirib. 

 

O, Aya gedəcək Starship-in daha fərqli olacağını vurğulayıb: "Əgər hədəf hər gəmi ilə maksimum yükü Aya aparmaqdırsa, istilik qalxanına, qanadlara, yaxud qaz mühərriklərinə ehtiyac yoxdur". 

 

E.Musk Aya ilk göndərilən gəmilərin geri qaytarılmasına gərək olmadığını, onların Aydakı bazanın bir parçasını təşkil edə biləcəyini nəzərə çatdırıb. 

 

Qeyd olunur ki, Starship kosmosa 100 ton yük, yaxud 100 insan daşıyacaq gücdədir.