Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-14 10:49:00
Elektriklə işləyən təyyarə ilk uçuşunu həyata keçirəcək

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi ilk dəfə Pipistrel Aircraft şirkətinin hazırladığı tam elektrikli təyyarəyə uçuş lisenziyası verdiyini açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, agentliyin direktoru bunun son olmayacağını qeyd edib.

 

Sloveniyanın Velis Elektron şirkətinin istehsal etdiyi iki nəfərlik təyyarə, pilot təlimində istifadə ediləcək.

 

Elektrikli mühərriki (E-811-268MVLC) daşıyan təyyarənin Avropa səmasında uçuşuna mayın 18-də icazə verildiyi bildirilib.