Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-13 15:23:00
Bu il 420 şagird peşə təmayüllü siniflərdə təhsil alıb

2019-2020-ci tədris ili üçün pilot olaraq Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib.

 

AzEdu.az  xəbər verir ki, Təhsil Nazirliyindən  verilən məlumata görə, ölkə üzrə 20 ümumtəhsil məktəbində 20 peşə təmayüllü sinif yaradılıb. Bu siniflərdə ümumilikdə 420 şagird təhsil alır.

 

Həmçinin, Nazirlər Kabineti tərəfindən “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib. Peşə təmayüllü siniflərə qəbul və tədris qaydaları müəyyənləşdirilib.