Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-13 13:12:00
Paytaxt məktəbinin müəllimi dünya çempionu olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllim və şagirdlərinin müxtəlif beynəlxalq yarışlardakı uğurları davam edir.

 

 AzEdu.az  xəbər verir ki, Bakı şəhəri 306 nömrəli tam orta məktəbin idman müəllimi Sübhan Hümbətov İtaliyada Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında 75 kiloqram çəki dərəcəsində I yerə çıxaraq dünya çempionu adını qazanıb və qızıl medala layiq görülüb.