Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-13 11:50:00
Deputat məzunları “Son zəng” münasibətilə təbrik etdi

AzEdu.az xəbər verir ki, deputat, təhsil eksperti Etibar Əliyev məzunları “Son zəng” münasibətilə təbrik edib:

 

“Pandemiya dövrünün son zəngi

Ömrümüzün böyük hissəsini məktəb həyatı, məktəb haqda fikir və qayğılar tutur. Məktəb həyatımızın ahəngini təyin edir. Məktəb həyatının nəbzinin vurmasından biz cəmiyyətin vəziyyətinin necə olduğunu sezirik. Məktəb həyatı ilə cəmiyyətin sağlamlığı arasında sıx əlaqə var.

 

Xəstə cəmiyyət mütləq məktəbi də yoluxdurur, xəstə məktəbdən isə bu viruslar gələcək nəsillərə keçir.

 

Xəstə valideyn hər şeydən əvvəl öz övladını yoluxdurmamaq haqda düşündüyü kimi, Cəmiyyət də hər şeydən öncə məktəbi dövrün sosial xəstəliklərindən qorumaq barəsində düşünməlidir. Məktəbi xilas edən cəmiyyət öz gələcəyini xilas etmiş olur. Məktəbi sosial xəstəliklərdən qorumaqla yanaşı virusdan da qormağa var gücümüzlə çalışdıq. Məktəb bu virusun şıltaqlığından büdrəmədi.

 

Əziz Uşaqlar! Pandemiya dövrünün son zəngi yaddaşlarınıza həkk olunacaq. Əsas odur ki, sağlam olaraq gələcəyə addımlar atacaqsınız.
Sizə çətin vəziyyətdə belə miras kimi təqdim olunan biliklərin qədrini bilin, ona öz töhfələrinizi verin. Mövcud vəziyyət Sizlərin üzərinə həm də dayanmadan çalışmaq kimi mühüm bir vəzifəni qoydu.
Son zənginiz mübarək. Sizə uğurlar arzulayıram”.