Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-02 12:09:57
Ən yaxşı təhsil proqramları təklif edən universitetlər - ABŞ və Kanadada oxumaq istəyənlərin diqqətinə

AzEdu.az saytı ABŞ və Kanadada təhsil almaq arzusunda olanlar üçün  sosial sahələr üzrə mühüm xaricdə təhsil proqramlarını təqdim edir:

Miçiqan Universiteti (Ann Arbor, Miçiqan)

Miçiqan Universitetinin Sosial İş Məktəbi (MUSİM) 1951-ci ildə yaradılıb. İlk sosial iş kurikulum proqramı  30 il əvvəl bu ali məktəb  tərəfindən təklif edilib. MUSİM-in indiyə kimi magistratura və PhD proqramlarında 730 tələbəsi olub. MUSİM həmçinin bakalavr tələbəbləri üçün sosial işdə müvəqqəti kurslar təşkil edir.

Təhsil müəssisəsi tələbələrinin maraq dairələrini nəzərə alaraq sosial iş proqramının 4 sahəsi üzrə magistratura və PhD proqramları təklif edir: İcma quruculuğu; Şəxsiyyətlərarası təcrübə; Sosial siyasət və qiymətləndirmə; Sosial xidmətlərdə idarəetmə.

MUSİM həmçinin, magistr tələbələri üçün  Ailə, cəmiyyətdə uşaqlar və gənclər;  Ailə və cəmiyyətdə yaşlanma;  İcma və sosial xidmətlər;  Psixi sağlamlıq; Tibb ixtisasları üzrə təcrübə proqranlarını təklif edir:

Veb sayt: https://www.umich.edu/

Çikaqo Universiteti (Çikaqo, İllinoi)

Çikaqo Sosial Xidmət Administrasiyası Məktəbi tələbələrinin insan haqlarını və sosial bərabərliyin əsas səbəblərini anlaması üçün onlara daha dərin təcrübə verir.

1908-ci ildə açılmış Sosial Xidmət Administrasiyası Məktəbi ABŞ-ın ilk sosial iş məktəblərindən biridir.  1920-ci ildən Çikaqo Universitetinin bir hissəsi olub. Magistr tələbələri öz sahələri üzrə aşağıdakı ixtisasları seçə bilərlər:  Ahıl insanlara xidmətlər; Zorakılığın qarşısının alınması;  Ailə dəstək proqramı; Beynəlxalq sosial rifah; Yoxsulluq və bərabərsizlik.

Veb sayt: https://www.uchicago.edu/

Vaşinqton Universiteti (St. Luis, Missuri)

Vaşinqton Universiteti Braun Sosial İş Məktəbinin yaşı 1 əsrdən çoxdur. Magistratura üzrə sosial iş proqramı ilk dəfə 1945-ci ildə burada açılıb. Magistr tələbələri üçün aşağıdakı sahələr təklif olunur:  Tibb (səhiyyə); Psixi sağlamlıq; Uşaqlar, gənclər və ailələr; Ahıl insanlar və cəmiyyətdə qocalıq; Sosial və iqtisadi inkişaf; Fərdiləşmə; Zorakılığn və zədənin qarşısının alınması.

Tələbələr üçün ixtisaslaşma sahələri isə bunlardır: Siyasət;  İdarəetmə; Tədqiqat; Sosial sahibkarlıq; Cinsi sağlamlıq və təhsil; Sistem dinamikası.

Veb sayt: https://wustl.edu/

Kolumbiya Universiteti (Nyu York, Nyu York)

1898-ci ildən bəri sosial iş təhsili və təcrübəsi sahəsində liderlik edən Kolumbiya Universiteti Sosial İş Məktəbi dünya və ABŞ əhalisinin rifahının yüksəldilməsi üçün akademik təcrübə proqramı təklif edir. Magistr tələbələri üçün aşağıdakı ixtisaslaşma sahələri nəzərdə tutulub: Klinik sosial iş;  Ümumi praktika və proqramlaşdırma;  Sosial siyasət;  Sosial sahibkarlıq

Veb sayt: https://www.columbia.edu/

Vaşinqton Universiteti (Seattle, Washington) 

Vaşinqton Universiteti Sosial İş Məktəbi 1934-cü ildə yaradılıb və 600-dən çox məzunu var. İxtisaslaşma sahələri bunlardır: Uşaq, gənclər və ailərlə sosial iş; Sosial siyasət; İcma əsaslı inteqrasiya; Tibbi xidmət; Psixi sağlamlıq

Veb sayt: http://www.washington.edu/

Cənubi Kaliforniya Universiteti (Los Anceles, Kaliforniya)

Suzanne Dworak-Peck Sosial İş Məktəbinin sosial iş üzrə ixtisaslaşma sahələri bunlardır:  İctimai Səhiyyə;  Hərbidə sosial iş;  Ahıllarla sosial iş;  Məktəbdə sosial iş; Ruhi xəstəlikdən qurtarma sistemləri

Veb sayt: https://www.usc.edu/

Pitsburq Universiteti (Pitsburq Pennsilvaniya)

Pitsburq Universiteti Sosial İş Məktəbi 1918-ci ildə yaradılıb. Hər il dünyanın müxtəlif yerlərindən  670 tələbə qəbul edir. Təcrübə sahələri:  Məktəbdə sosial iş;  Gerontologiya;  Uşaq, gənc və ailələrlə iş;  İnteqrasiya olunmuş tibbi xidmətlər; Psixi sağlamlıq.

Veb sayt: http://www.pitt.edu/

Rutqers Universiteti Sosial İş Məktəbi (Nyu Brunsvik, Nyu Cersi)

Rutgers Universiteti, müsbət sosial dəyişiklik yaratmaq üçün bir neçə mərkəzə ev sahibliyi edir: 1. Ailə institutu; 2. Qlobal sosial iş mərkəzi; 3. Qumar Araşdırmaları Mərkəzi; 4. Liderlik və İdarəetmə Mərkəzi. Müraciət etmək istəyənlər bu mərkəzlərin dəı xidmtlərindən yararlana bilərlər.

 Veb sayt: https://socialwork.rutgers.edu/

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları