Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-13 10:35:00
Bu qədər istifadəçi “Virtual məktəb” layihəsi üzrə qeydiyyatdan keçib

“Virtual məktəb” layihəsi üzrə paytaxtda 340 000-dən çox istifadəçi qeydiyyatdan keçib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib:

 

“Ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən digər layihə - “Virtual məktəb” layihəsi fəaliyyətə başlayıb. Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsinə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 340 000-dən çox istifadəçi qeydiyyatdan keçib”.