Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-12 18:40:00
Hazırlıq kursları nə vaxt açılacaq? - Operativ Qərargah 

"Kursların fəaliyyətinin bərpası ilə qərar yaxın günlərdə yoluxma sayına bağlı olaraq veriləcək".

 

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Vasif Əliyev bildirib.

 

O qeyd edib ki, hazırda xəstəxanalarda yer əskikliyi yaşanır:

 

"Ona görə də indiki məqamda kursların fəaliyyətinin bərpası gözlənilmir. Amma hər şey situasiyadan asılı olacaq. Yoluxma azalarsa, buna Operativ Qərargah tərəfindən icazə verilə bilər".

 

Modern.az