Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-12 13:51:00
Dövlət qulluğuna qəbul üçün bütün imtahanların kompüter vasitəsilə keçirilməsi nəzərdə tutulur

Dövlət qulluğuna qəbul üçün bütün imtahanların sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik tələblərə əməl edilməsi şərtilə kompüter vasitəsilə keçirilməsi nəzərdə tutulur.

 

AzEdu.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

 

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul test və müsahibədən ibarət olmaqla, iki mərhələli şəkildə keçirilir:

 

“Dövlət qulluğuna qəbul üçün “A” kateqoriyası üzrə imtahanlar kompüter vasitəsilə keçirilir. Digər kateqoriyalar üzrə isə kağız daşıyıcılar üzərində keçirilir”.

 

B.Xəlilov qeyd edib ki, DİM tərəfindən müsahibələrin onlayn qaydada keçirilməsi ilə bağlı proqram təminatı hazırlanıb:

 

"Biz artıq buna başlamalıyıq. İnternetə çıxış imkanı olmayan namizədlər üçün şərait yaradılacaq ki, onlar imtahan mərkəzində xüsusi otaqda oturaraq müsahibədən keçsinlər”.