Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-11 18:01:00
UNEC yeni təşəbbüsüylə ilk çığır açdı

UNEC-in rektoru, professor Ədalət Muradovun UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə onlayn görüşü Azərbaycanda ictimai nəzarətin təşkili ilə bağlı yeni təcrübənin tətbiqinin əsasının qoyulması baxımından əlamətdar oldu.

 

AzEdu.az xəbər verir ki,  milli təcrübədə ilk dəfə İctimai Nəzarət Şurası üzvləri tərəfindən yazılı və şifahi distant imtahan sessiyasını onlayn izləmək imkanı əldə etdilər. İctimai Nəzarət Şurasının üzvlərinə bütün fakültələr üzrə imtahan cədvəlləri və müvafiq linklər göndərilib.

 

COVİD-19 pandemiyası özü yeni çağırışlar meydana gətirib, bunlardan biri də məhz bir çox sahələrdə hesabatlılıq və şəffaflığın təmin olunması, ictimai nəzarətin təşkili ilə bağlıdır. Bu baxımdan UNEC təcrübəsi yeni çağırışlar fonunda adekvat və gələcəyə hesablanmış addım kimi dəyərləndirilməlidir. Artıq dünyada rəqəmsal, onlayn hesabatlılıq, onlayn iştirakçılıq məsələləri daha da aktuallaşıb, bu kontekstdə UNEC ölkəmizdə yeni təşəbbüsüylə ilk çığır açdı. Düşünürəm ki, bu addım ictimai nəzarətin təşkili ilə bağlı milli təcrübəmizi zənginləşdirəcək və onlayn formada, distant olaraq yeni ictimai nəzarət alətlərinin daha geniş tətbiqinə impuls verəcəkdir.