Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-11 15:44:00
Sabah 2019-2020 tədris ili üzrə teledərslər yekunlaşır

İyunun 12-də 2019-2020 tədris ili üzrə teledərslər yekunlaşır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124-ə çatacaq.

 

Xatırladaq ki, ümumi təhsil müəssisələrinin şagirdləri üçün 2020-ci il martın 1-dən etibarən şənbə və bazar günləri istisna olmaqla, hər gün Azərbaycan Televiziyasının "Mədəniyyət” və "ARB Günəş” telekanalında 5-6 saat teledərslər yayımlanır. Dərslər ümumi təhsil proqramına uyğun olaraq bütün sinifləri və əksər fənləri əhatə edir. Nümayiş etdirilən bütün teledərslər sonradan sərbəst istifadə üçün Təhsil Nazirliyinin www.video.edu.az elektron portalında və rəsmi “Facebook” səhifəsində, “YouTube” kanalında yerləşdirilir ki, bu da şagirdlər üçün əlavə imkanlar yaradır.