Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-11 15:56:00
Buraxılış işlərinin müdafiəsində tələbələrə güzəştlər nəzərdə tutulur

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsində sonuncu kurs tələbələrinin buraxılış işlərinin onlayn müdafiəsinə hazırıq gedir.

 

AzMİU-dan AzEdu.az-a bildirilib ki, iyunun 12-dək buraxılış işlərini müvafiq kafedralara təhvil verən məzun tələbələrin iyunun 16-dan buraxılış işlərinin müdafiəsinə başlaması nəzərdə tutulur. Sonuncu kursda təhsil alan 187 tələbədən 114-ü mövcud tədris planları əsasında nəzəri və təcrübi kursu tam bitirdiyi üçün buraxılış işini müdafiə edəcək. Əvvəlki semestrlərdən kəsiri olan 73 tələbə isə kəsirlərini ödədikdən sonra müdafiəyə qatıla bilər. Müdafiəyə buraxılan tələbələrdən 159-u inşaat mühəndisliyi, 21 nəfəri isə metrologiya, standartlaşdırma və sertifikasiya ixtisasları üzrə təhsil alıb.

 

Fakültədə buraxılış işləri 5 kafedrada yerinə yetirilir. Qeyd edək ki, İnşaat fakültəsində tələbələr əsasən oğlanlardır və onların əksəriyyəti həm də hərbi xidmət çağırışçılarıdır. Hazırda pandemiya ilə əlaqədar rayonlarda olan həmin tələbələrə yerinə yetirdikləri buraxılış işlərini ilkin olaraq elektron formada kafedralara təqdim etmək üçün şərait yaradılıb. Buraxılış işlərinin yerinə yetirilməsində tələbələrə güzəştlər də nəzərdə tutulur. AzMİU-nun Elmi şurasının qərarına əsasən, buraxılış işinin məzmunu saxlanılmaqla onun həcminin 30 faizə qədər azaldılmasına icazə verilib və tələbələrin universitet daxilində az təmasda olması məqsədilə buraxılış işinə daxili rəylərin verilməsi məqsədəuyğun hesab edilib.