Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-11 12:00:00
AMEA-da çalışan alimlərin şeirləri çap ediləcək

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə akademiyada çalışan elm adamlarının şeirlərindən ibarət ədəbi almanax çap ediləcək.

 

Akademiyadan AzEdu.az-a verilən məlumata görə, bədii yaradıcılığa həvəsi olan AMEA əməkdaşları bu sahədə özünü sınamağa dəvət olunur. 

 

Kitaba hər bir müəllif tərəfindən 3 şeir ilə yanaşı, 2 hekayə də təqdim oluna bilər. Müəlliflərdən tərcümeyi hal, 3 şeir (2 hekayə), 1 ədəd 3x4 ölçüdə şəklin elektron formada göndərilməsi tələb olunur.

 

Şeir, hekayə və tərcümeyi hallar iyunun 30-dək AMEA-nın Azad Həmkarlar İttifaqının e-poçt ünvanına ([email protected]) göndərilməlidir.