Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-01 17:13:32
“Azərbaycanda təhsillilərin sayı bəzi Avropa ölkələrindən də çoxdu, lakin…”  –  “1 iyun” müzakirəsi

 

“Məlumdur ki,  təhsilsizlikdən ən çox Afrika ölkələri əziyyət çəkir. Əfqanıstan bu problem onlardan ziyadə yaşamaqdadır.

Bəzi rəsmi statistikalara görə, Azərbaycanda təhsilli insanların sayı bir neçə Avropa ölkələrindən, o cümlədən, Amerikadan  daha  çoxdu”.

 Bunu AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev  dünyada uşaqların təhsildən yayınma hallarına münasibət bildirirkəın deyib.

Xatırladaq ki, bu gün 1 iyun Uşaqların  Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın bir çox yerlərdində - xüsusən də, maddi rifahı həddindən artıq zəif olan Afrika ölkələrində, eləcə də, Asiya və Güney Amerikanın bəzi dövlətlərində, müharibə ocaqlarındakı ərazilərdə azyaşlı uşaqların təhsildən yayılması halları yaşanır.

Hətta maddi rifahı o qədər də pis olmayan ölkələr də var ki, ora iri meqapolislərdən uzaqdakı yerlərdə uşaqlar məktəbdən yayınır.

Ekspert Azərbaycanı bu məsələdə bir çox ölkələrdən üstün tutsa da, neqativ detalları da sadalayıb:

 “Amma Azərbaycanda  “diplomlu savadsızlıq”  kimi bir bəla var  və o ayrı problemdir.

Sosial xidmət büroları, ictimai təşkilatlar, qeyri-hökumət və hökumət təşkilatları onlarla bağlı müxtəlif  layihələr keçirirlər.  Onların cəmiyyətə qazandırılması üçün çalışırlar. Misal olaraq, Türkiyədə bir neçə dəfə oxuma-yazma səfərbərliyi adı altında insanlar və qurumlar toplanıb.

Təhsil mərkəzlərinin ucqar kəndlərdə filialları açılıb. İnsanlara pulsuz oxuma-yazma  öyrədilir  və bu layihələr davam edir.

 Bizim ölkədə rəsmi statistikalarda da, real görüntüdə də, şükürlər olsun, oxuyub- yaza bilən insanların sayı çoxdu. Bizdə sadəcə, savadlı, kadr potensiallı insanların, mütəxəssislərin sayı azdı. Yəqin buna sistemsiz təhsil səbəb olub”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları