Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-10 15:36:00
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ixtisasartırma təlimlərinə başlayıb

“Cisco” şirkəti ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlığı çərçivəsində fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyası"nda metodist-təlimçilər üçün peşəkar bacarıqların inkişafı” mövzusunda növbəti distant təlimlərə başlanılıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, təlimlər “Cisco” şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən keçirilir. Tədris proqramına nəzəri biliklərlə bərabər “Cisco” avadanlıqları üzərində distant təcrübi məşğələlər və simulyasiyalar daxildir. Belə ki, real avadanlıq və “Cisco Packet Tracer” simulyatorunu istifadə edərək mərkəzin təlimçiləri real texniki problemləri həlletmə bacarıqlarını təkmilləşdirir, müxtəlif virtual və real alətləri tətbiq etmək imkanı qazanırlar.

 

Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Cisco” şirkəti arasında qurulan uğurlu əməkdaşlıq nəticəsində mərkəzin nəzdində yaradılan "Cisco Şəbəkə Akademiyası" tərəfindən informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda, bu sahəyə marağı olan şəxslər üçün geniş imkanlar yaradılıb.

 

“Cisco Şəbəkə Akademiyası” mərkəzdə təhsil alan tələbələrin və çalışan mütəxəssislərin müasir məzmun və müvafiq sertifikasiya proqramlarına çıxış imkanı yaradır.