Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-10 15:03:00
63 yaşında diplom aldı, şeir kitabının gəlirini təhsilə bağışladı-ÖRNƏK

Sivasın Axınçılar əyalətində yaşayan evdar qadın Pərihan Bəyaz 63 yaşında məktəbdən attestatını alandan sonra 67 yaşında yazdığı kitabının gəlirini görmə əngəlli qızların təhsili üçün bağışladı.

 

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, Pərihan Bəyaz kəndində məktəb olmadığı üçün təhsil ala bilməyib. Oxuma və yazmağı evdə atasının dəstəyi ilə öyrənən Bəyaz distant təhsil alaraq 63 yaşında məktəbi bitirdi. 67 yaşında “Bəyaz şeirlər” adlı kitabını internetdə yayımladı. Kitabdan əldə etdiyi 2 min liranı görmə əngəlli qızların təhsili üçün bağışladı. Növbəti kitabı üçün artıq 50 şeiri hazırdı. Onu örnək bilən 8 qadın da uzaqdan təhsilə müraciət etdi.

 

“Mənim üçün kitab yazmaq çətinlik yaratmadı, bundan zövq aldım”

 

Attestat almağın hər zaman onun üçün məqsəd olduğunu bildiriən Bəyaz bunları bildirdi:

 

“Sıyrındı kəndindən bir təsərrüfatçının qızıyam. Kənddə heç məktəb olmadığı üçün qızlar oxuya bilmədi, oğlanlar da bir neçə saatlıq yol qət edib şəhər mərkəzinə gedərək məktəbi çətinliklə bitirdilər. Atam qızlarını evdə öyrətməyə çalışdı, lakin attestat ala bilmədik. Mən oxuya bilmədim deyə övladlarımın təhsilə xüsusi diqqət yetirdim. İçimdən şeir yazmaq gəldi. Bölgəmizin 3 rəsmisi kitabımın nəşri üçün söz verdi, lakin heç biri etmədi. Oğlum da kitabımı internetdə yayımladı. İndi təkrar yazıram, kitabım çıxacaq. Qızlara müraciət edirəm ki, mütləq oxusunlar. Cahillik ən pis şeydir. Məni görənlər örnək götürdü və 7-8 qadın distant təhsilə başladı”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları