Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-10 14:07:00
Şagird təkrarən  I sinifdə təhsil ala bilər?-Qəbul qaydası - İZAH

Ümumtəhsil məktəblərinə şagird qəbulu I və X siniflər üzrə aparılır.

 

AzEdu.az xəbər verir ki, uşaqların I sinfə qəbulunu ümumtəhsil məktəbində direktorun əmri ilə təşkil olunmuş komissiya həyata keçirir. Komissiyanın tərkibinə təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu və həkimi, VMA-nın nümayəndəsi daxil edilir. Məktəbin direktoru komissiyanın sədri olur.

 

 Bir qayda olaraq ümumtəhsil məktəblərinin I siniflərinə hər il sentyabrın 15-dək (15-i də daxil olmaqla) 6 yaşı tamam olan əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilirlər.

 

 "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.12-ci bəndinə görə, xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbuluna yol verilir. Bununla əlaqədar:

 

 6 yaşı 16 sentyabr - 31 oktyabr müddətində tamam olmuş istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu məktəbdə təşkil edilmiş komissiyanın rəyi əsasında həyata keçirilir.

 

6 yaşı noyabr ayı ərzində tamam olmuş xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar qəbul edilir. Bu və ya digər səbəbdən vaxtında məktəbə gedə bilməyən uşaqların I sinfə qəbulu məsələsinə fərdi qaydada Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul olunur.

 

Uşaqların I sinfə qəbulu, bir qayda olaraq, sentyabrın 15-dək başa çatdırılır.

 

Üzrlü səbəblər (xəstəlik, yaşayış yerinin dəyişməsi və s.) istisna olunmaqla ÜM-1 hesabat formasının təsdiqindən sonra I sinfə uşaq qəbuluna icazə verilmir.

 

Uşaqların I sinfə qəbulu valideynlərindən birinin (digər qanuni nümayəndənin) ərizəsi əsasında aparılır. Ərizəyə uşağın sağlamlığı haqqında tibbi arayış, doğum haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq olunmuş surəti əlavə olunur. Valideynin (digər qanuni nümayəndənin) ərizəsində uşağın təhsil alacağı təlim dili, öyrənəcəyi xarici dil, məktəbə hazırlıq mərhələsini keçib-keçməməsi qeyd edilir.

 

Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilir.

 

Valideynin arzusundan asılı olmayaraq, heç bir halda şagirdin təkrar I sinifdə oxumasına yol verilmir.

Mənbə: https://edu.gov.az/az/page/394/5170

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları