Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-10 12:28:00
“18 ay və daha artıq müddətdə virusa qarşı vaksinin hazırlanması real görünmür”- Məktəblər qapalı qalacaq?  

Məktəblərin yenidən açılması, bəlli bir tarixə qərar verməklə, “iş başına keçək” deməklə keçilən müddət deyil. Çünki çox valideyn övladını məktəbə göndərməkdən qorxur. Eynilə də məktəbdə çalışanlar bu sitasiyadadır. Məktəblərin yenidən açılması üçün valideynləri, şagirdləri və çalışanları oranın virusa qarşı güvənli yer olduğuna inandırmaq lazımdır. Bunun asan olmayacağı aşkardır, çünki əlimizdəki məlumatlar COVİD-19-un uzun müddət bizi tərk etməyəcəyini göstərir.

 

18  ay və daha artıq müddətdə virusa qarşı vaksinin hazırlanması real görünmür, yəni yoluxma riski pusquda dayanan aslan kimi bizi gözləyir.

 

Bu səbəblə risk strategiyası hazırlamalıyıq. Bu cür strategiyanı məktəblərdə sinifdəki şagird sayını azaltmaq, tənəffüslərin vaxtını dəyişdirərək çoxluğun qarşısını almaq, sosial məsafəyə diqqət etmək və s. üsullarla həyata keçirmək lazımdır. Dünya dövlətləri bir neçə aydır  koronavirusla mübarizə şəraitindədir. Bu səbəblə də məktəblərin açılması bu zamana qədərki bütün səyləri heç etmək olar.

 

Alimlər vaksin tapmaq üçün çalışırlar, lakin, buna baxmayaraq 18 ay məktəblərin qapalı saxlanılması da qeyri-mümkündür. Ənənəvi dərslər keçilməməsi şagirdlərə zərər verəcək. Xüsusilə digər şagird yoldaşlarına görə zəif oxuyan şagirdlər üçün pandemiya müddəti daha dezavantajdır.

 

“Planlar dəyərsizdir, amma planlama hər şeydir”

 

Təhsildə kritik yaş qrupları da var. Bunlar ibtidai sinfi başa vuranlar və 9, 11- ci siniflərdir. Bu qrupdan olan şagirdləri nə qədər tez məktəbə qaytarsaq, gələcək həyatları üçün bir o qədər faydalı olacaq. Aktiv şəkildə düşünərək məktəblərə güvənli qayıdış strategiyasını indidən hazırlamalıyıq.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları