Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-10 12:16:00
“Neftçi” ödənişli əsaslarla fəaliyyət göstərəcək məktəb açır

“Neftçi” klubu pullu məşq meydançaları açır.

 

AzEdu.az xəbər verir ki, oxu.az-a bu barədə məlumatı “Neftçi”nin 14 yaşadək komandasından çıxarılmış məşqçi Ədəhim Niftəliyev deyib:

 

“Neftçi” yeni ödənişli əsasla fəaliyyət göstərən məktəb açacaq. Ola bilsin ki, yeni açılacaq pullu meydançalara məşqçi kimi təyin olunum”.

 

Qeyd edək ki, “Neftçi”də istedadlı uşaqların Akademiyaya yazılması indiyədək pulsuz olub. İndi klub digər biznes strukturları kimi ödənişli əsaslarla ayrıca futbol məktəbi açacaq.