Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-01 14:12:00
Bölgələrdə təhsildən yayınıb, erkən nikahın qurbanına çevrilən qızlar var” -  Ekspertdən “1 iyun” yanaşması

“İlk növbədə qeyd edim ki, ölkəmizdə uşaqların  təhsildən  yayınma halları ümumi təhsil alanların bir faizi həcmində deyil.

Yəni, hal hazırda 4472 orta məktəbimizdə 1.5 milyondan çox şagird təhsil alır. Azərbaycan əhalisinin oxuma-yazma bacarıqları BMT-nin statistikasında 100 faiz göstərilir. Bu da təhsilin icbari şəkildə dövlət tərəfindən pulsuz tətbiq edilməsinə görədir”.

Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov ölkədə uşaqların təhsildən yayınma hallarına münasibət bildirirkəın deyib.

Xatırladaq ki, bu gün 1 iyun Uşaqların  Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın bir çox yerlərdində - xüsusən də, maddi rifahı həddindən artıq zəif olan Afrika ölkələrində, eləcə də, Asiya və Güney Amerikanın bəzi dövlətlərində, müharibə ocaqlarındakı ərazilərdə azyaşlı uşaqların təhsildən yayılması halları yaşanır.

Hətta maddi rifahı o qədər də pis olmayan ölkələr də var ki, ora iri meqapolislərdən uzaqdakı yerlərdə uşaqlar məktəbdən yayınır.

Xoşbəxtlikdən, Azərbaycanda bu tendensiya o qədər də çox inkişaf etməyib. Ekspert də açıqlamasında bunu diqqətə çatdırmaqla bərabər, bəzi neqativ istisnaları da vurğulayır: 

“Kütləvi şəkildə olmasa da, Azərbaycanda müəyyən yaşdan sonra uşaqların təhsildən yayınma hallarının da mövcud olmasını inkar etmək olmaz. Yəni, onlar müəyyən yaşa qədər təhsil alıb sonradan təəssüf ki, təhsildən kənara qalır. Bu da əsasən qızlardır. Azərbaycanın bir neçə regionunda bu fenomen hələ də qalmaqdadır. Təhsildən yayınan bu qızlar “erkən nikah”ın qurbanına çevrilir. Bəzi bölgələrdə valideynlər öz qızlarını 9-cu sinifdən çıxarırlar. Bu da öz təsirini göstərir. “Erkən nikah” da əslində nikah bağlanmır. Bu erkən evlənməyə məcbur edilmiş qızların sayı barədə rəqəm demək çətindir. Digər qrup keyfiyyətli təhsil almayan uşaqlardır. Misal olaraq cəzaçəkmə yerlərində, internat müəssisələrində oxuyan uşaqların təhsil keyfiyyəti, texniki imkanları qat-qat aşağıdır. Əlilliyi olan uşaqlar üçün məktəblər, o cümlədən yardımçı təhsil müəssisələrində, evdə təhsilə cəlb olunmuşların da təhsili heç də keyfiyyətli hesab olunmur. Düzdür, bu istiqamətdə Təhsil Nazirliyi digər qurumlar və qeyri-hökumət təşkilatları ilə vəziyyəti dəyişməyə çalışır. Lakin bunun üçün xeyli vaxt tələb olunur. Çünki bu məsələ qısa bir zaman çərçivəsində həll olunası deyil. Etiraf edək ki, maddi çətinlik içində yaşayan ailələr öz övladlarına keyfiyyətli təhsil verə, bəzi yoxsul ailələr ümumiyyətlə, uşaqlarını məktəbə göndərə bilmirlər. Ailə dolanışığının çətin olduğunu öz gözlərilə görən və dərk edən yeniyetmə gənclər isə valideynlərinə kömək məqsədilə müxtəlif işlərə cəlb olunaraq,  evə az da olsa gəlir gətirməyə can atırlar. Hər uşağa geyim, məktəb və dərs ləvazimatlarının alınması pul tələb edir. Hətta statistic göstəricilərə də nəzər salanda bəzi bölgələrdə qəbul imtahanlarının nəticələri əsasında bunu demək mümkündür”.