Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 17:32:00
Nazirlik rəsmisi güzəşt üçün müraciət edən imkansız tələbələrin sayını açıqladı 

“Sosial həssas tələbələr üçün elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər öz ərizələrini təsdiq edib”.


AzEdu.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.


O, deyib ki, magistratura səviyyəsində təhsil alan 1061 nəfər ərizəsini təsdiq edib:


“Peşə təhsili pilləsində təhsil alan 424 nəfər də portala müraciət edib. Yekun rəqəmlərdən danışmaq hələ tezdir. Hansısa məlumatları təqdim etməyənlər var. Bu, davamlı prosesdir. İyun ayı ərzində tələbələrə vaxt verəcəyik”.

 

Qeyd edək ki, baş nazir Əli Əsədov aprel ayında sosial baxımdan həssas olan ailələrin üzvləri olan tələbələrin təhsil haqqının ödənilməsi üçün sərəncam imzalayıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları