Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 17:21:00
Təhsil haqqını ödəməyən imkansız tələbələr yaz imtahanlarına buraxılacaqlar – Bir şərtlə…-RƏSMİ

 

Təhsil haqqını ödəməyən imkansız tələbələr yaz imtahanlarına buraxılacaqlar – Bir şərtlə…

 

“Yaz imtahan sessiyasının başlaması ilə bağlı ali təhsil müəsisələrinə tapşırıq verilib ki, sosisal həssas ailələrdən olan tələbələr imtahana buraxılsın”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova deyib.

 

 

O, deyib ki,  tələbə təhsil haqqı ilə bağlı müraciət edibsə, bu sistemdə varsa, o, imtahana iştirak edə bilər:

 

 

“Belə tələbələrə dövlət tərəfindən 40 milyon manat ayrılıb. İlkin hesablamalara görə,  20 minə yaxın tələbə əhatə olunacaq və onların təhsil xərci dövlət tərəfindən ödəniləcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları