Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 13:01:00
Müəllimlərin işə qəbulu üzrə yeni KURİKULUM testləri-Doğru cavabları ilə

Müəllimlərin işə qəbulu üzrə yeni KURİKULUM testləri-Doğru cavabları ilə

AzEdu.az  MİQ müsabiqəsinə hazırlaşanlara kömək məqsədi ilə kurikulum üzrə təqdim edilən sual nümunələrini cavablarıyla birlikdə təqdim edir:

1"Müxtəlif yazı formalarını(ifadə, inşa, hekayə) fərqləndirir"alt standartının bilik və fəaliyyət kateqoriyasını seçin:

A.Deklarativ, idraki

B.Prosedural, ünsiyyət

C.Deklarativ, psixomotor

D.Prosedural, idraki           

E.Kontekstual, psixomotor

  1. "Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur" alt standartının bilik komponentini tapın:     A.Tələffüz qaydaları B.Tələffüz qaydalarını gözləməklə C.Mətni oxuyur D.Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur. E. Tələffüz qaydalarını bilir
  2. Dövlət standartları aşağıdakıları müəyyən edir.

    Məntiqi pozan variantı seçin:

    A.Ümumi təhsilin məzmunu

    B.Ümumi təhsilin idarə olunması C. Ümumi təhsilin infrastrukturu D. Ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəriciləri E. Ümumi təhsil sistemində təhsilalanların nailiyyət göstəriciləri
  3. Kontekstə əsasən mətnə ad verin:
    Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarını, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, humanistlik, dünyəvilik, varislik, inteqrativlik prinsipləri əsasında müəyyən edilir.
    Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir.
    Müəyyən edilmiş dövlət standartlarına uyğun keyfiyyətli ümumi təhsil almaq üçün müvafiq infrastrukturun yaradılması mühüm şərt hesab edilir.
    Ümumi təhsil üzrə dövlət təhsil proqramlarının( kurikulumların) yerinə yetirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə ümumi təhsil müəssisələri zəruri maddi- texniki və tədris bazasına malik olmalıdır
    Ümumi təhsil müəssisəsinin maddi- texniki və tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı, informasiya- kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris- əyani vəsaitləri, təlimin texniki vəsaitləri, dərslik və elmi- bədii ədəbiyyat fondu daxildir.

    A.Ümumi təhsil  B. Ümumi təhsilin məzmunu  C. Dövlət standartlar  D. Fənn üzrə dövlət standartları E.Ümumi təhsilin infrastrukturu
  4. Biri elmilik prinsipləri sırasında məntiqi uyğunluğu pozur:

       A. Elm   B. Bilik  C.İnformasiya  D.Təhsil   E. Tərbiyə 
  5. ....şagirdlərin müstəqil işinə əsaslanan formalarıdır;
    Müxtəlif mərhələlərdə aparılır;
    Şagirdlərin politexnik, əmək və peşəyönümü işinə kömək edir:

    A. Praktikumlar  B. Seminar məşğələlə  C. Ev tapşırıqları  D. Təlimin sinifdənxaric forması E.Əlavə məşğələlər
  6. Dəstəkləyici mühitin yaradılması----

    A. Pedaqoji prosesin münasib maddi- texniki baza əsasında və sağlam mənəvi- psixoloji mühitdə təşkil edilməsi, keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.  B. Pedaqoji prosesdə təlim məqsədləri kompleks həyata keçirilir.  C. Şagird pedaqoji prosesin mərkəzində dayanır.  D. Pedaqoji prosesin səmərəli və effektiv qurulması şagirdlərintəlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir.  E. Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır.
  7. Summativ qiymətləndirmənin üsulu deyil:

    A)Yazı işləri   

    B)Layihə

    C)Şifahi sorğu

    D)Test

    E)Yaradıcılıq və əl işləri      

    Cavablar:

    1 D

    2 B

    3 E

    4 C

    5 E

    6 A

    7 A

    8 A

    Mənbə: Təhsilim.info

     

     

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları