Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 10:43:00
Rektor qəbul imtahanlarından danışdı: “Bu formada keçiriləcək”

 

“UNEC London İqtisadiyyat məktəbinin beynəlxalq proqramının tərəfdaşıdır. Bizim tələbələrimiz bu məktəbə daxil ola bilər. Nəticədə 2 diplom əldə edirlər. Amerikanın Linkoln universiteti, Fransanın Monpele,  Fransız-Amerikan, Rusiyanın Humanitar İqtisad  universiteti ilə bizim ikilidiplom proqramlarımız həyata keçirilir. Universitetimizdə 4 dildə(Azərbaycan, türk, rus və ingilis)  təhsil verilir. Hazırda İqtisad universitetində 344 əcnəbi tələbə təhsil alır. Müəyyən strategiya düşünülüb ki, bu həyata keçirildiyi təqdirdə xarici tələbələrin universitetimizə müraciəti artacaq”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan İqtisad universitetinin rektoru Ədalət Muradov İTV-nin pressinq verilişində səsləndirib. O, qəbul imtahanları ilə bağlı bunları qeyd etdi:

 

“Məndə olan məlumata görə bu il qəbul imtahanları distant deyil, ənənəvi formada olacaq. Bu zaman karantin tələblərinə ciddi riayət olunacaq”.

 

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları