Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 15:52:00
İş yerini dəyişmək üçün ən çox bu müəllimlər müraciət edib

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrində iş yerini dəyişmək üçün ən çox hansı müəllimlərin müraciət etdiyi məlum olub.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, növbəti tədris ili üçün ümumi təhsil müəssisələrində iş yerini dəyişmək üçün ən çox müraciət ibtidai sinif müəllimliyi üzrə qeydə alınıb.

 

Qeyd edək ki, iyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb. Müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib. 

 

Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.