Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 15:42:00
Müəllimlərin hava-su kimi gözlədiyi qərarlar, qoyulan qadağalar, vacib yeniliklər – Təhsil icmalı

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir.

 

 

Yola saldığımız həftədə - 1-7 iyun tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Subbakalavrların  universitetlərə sənəd qəbulu bu tarixdən başlayacaq

 

 

Subbakalavrların  ali təhsil müəssilərinə sənəd qəbulu bu ildən etibarən başlayacaq.

 

Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

 

Bu şagirdlər qəbul imtahanlarına buraxılmayacaqlar

 

 

“İmtahana 15 gün müddətində şagirdlər özünün və ailəsinin sağlamlığı ilə bağlı bəyannamə təqdim etməlidir.  Onlarda təhlükə olarsa,  bu il qəbul imtahanlarına  buraxılmayacaqlar”.

 

 

Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

 

Tələbələr Təhsil Nazirliyinin binasına  hansı  səbəbdən toplaşdılar?

 

 

1 iyun 14:00 radələrində 5-7 tələbə, tələbə olmayan və özünü NİDA təşkilatının üzvləri kimi təqdim edən bir neçə şəxs, onların dəvəti ilə gəlmiş 20-a yaxın media mənsubları Təhsil Nazirliyinin inzibatı binasına yaxınlaşaraq tələbələrin müraciəti ilə bağlı qəbul olunmaqlarını xahiş ediblər.

 

 

Təqribən 20 dəqiqə davam edən qəbuldan sonra tələbələr Təhsil Nazirliyinin binasını tərk ediblər.

 

 

"İlin gənc müəllimi-2020" müsabiqəsi başlayır

 

 

Bu müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.

 

 

“İlin gənc müəllimi-2020" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.

 

 

Dərslər tədris ilinin sonunadək dayandırıldı

 

 

Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.

 

 

Şagirdlərin yerdəyişməsi  və I sinfə qəbulla bağlı vacib açıqlama

 

 

“Əgər şagird 8-ci sinifdə təhsil alırsa, onun 1-ci yarım illik qiymətlərində “3” olubsa, o bununla razılaşmırsa və məktəbi dəyişməyi düşünürsə, ilk olaraq oxuduğu məktəbə müraciət edib,  yenidən qiymətləndirmədə iştirak etməlidir.

 

 

Avqustun 21 və 29-da onlar yenidən qiymətləndirilərək yerdəyişmə prosesinə qoşula biləcəklər”.

 

 

Bunu Təhsil Nazirliyinin baş məsləhətçisi Anar Mirzəzadə qurumun rəsmi feysbuk səhifəsindəki canlı yayım zamanı açıqlayıb.

 

 

Distant Təhsil Tədqiqat İnstitutu yaradıldı

 

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Elmi şurasının qərarı ilə Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC beynəlxalq ekspertlər şurası və distant təhsilə keçidlə bağlı ciddi araşdırmaların aparılması məqsədilə Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb.

 

 

Azərbaycanda “Son zəng” keçirilməyəcək

 

 

Təhsil Nazirliyi “Son zəng”in keçirilib-keçirilməyəcəyinə aydınlıq gətirib.

 

 

Koronavirus  pandemiyası ilə əlaqədar karantin rejimi davam etdiyindən ( 15 iyunadək ) bütün kütləvi tədbirlər kimi “Son zəng” tədbirinin də keçirilməsi nəzərdə tutulmur.

 

 

Teledərslər iyunun 12-də başa çatacaq?

 

 

“Biz 16 iyundan 17 iyuladək yeni formatda yefirdə olacayıq”.

 

 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

 

DİM II və III qrup üzrə  imtahan verən abituriyentlərə müraciət edib

 

 

DİM-dən  verilən məlumata görə, respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan təhsil proqramına əsasən, 2020-ci ilin mart-iyun aylarında tədrisi nəzərdə tutulan mövzular qəbul imtahanı proqramından çıxarılıb və həmin mövzular DİM-in internet saytında yerləşdirilib.

 

 

Müsabiqəyə qatılmadan müəllimin yerdəyişməsi həyata keçirilə bilər?

 

 

“Müsabiqəyə qatılmadan müəllimin yerdəyişməsi  çox nadir hallarda baş verir. Məsələn, müəllimin övladı çox ağır xəstə olarsa və müayinəsi ilə əlaqədar Bakıya gəlməlidirsə, bu hallara fərdi qaydada baxılır. Bu halların sayı il ərzində 10-dan artıq olmur”.

 

 

Bu fikirləri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirdi.

 

 

Abituriyentlərdən koronavirus test nəticəsi tələb olunmur

 

 

Bunu  Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 

 

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

 

 

Ölkədə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar 6 və 7 iyun tarixlərində nəzərə  tutulan buraxılış imtahanları 10, 11 iyun tarixlərinə keçirilib.

 

 

Təhsil naziri əmr imzaldı - Yeni şura yaradıldı

 

 

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.

 

 

Müəllimlərin sertifikasiyadan keçirilməsinin vaxtı açıqlandı

 

 

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sertifikatlaşmanın bu ilin payız aylarından başlayaraq növbəti ildə də davam edəcəyini bildirib.

 

 

Nazirlik imtahan sessiyası və təhsil haqqı mövzusunda açıqlama yayıb

 

 

Təhsil Nazirliyi bu yay sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb həll edilməsinə bilavasitə nəzarət edəcək.

 

 

Azərbaycanda 7 minə yaxın müəllim iş yerini dəyişmək istəyir

 

 

Nazirlikdən verilən xəbərə görə, müəllimlərin yerdəyişmə müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib.

 

 

Müəllimlərin yerdəyişmə müsabiqəsinə sənəd qəbulu başa çatıb

 

 

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb

Şükufə Süleymanlı
Müəllifin digər yazıları