Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 13:49:00
“Məktəb bir parlamentli respublikadır, Pedaqoji Şura həmin məktəbin parlamentidir” – RTŞ əməkdaşı

AzEdu.az Quba Rayon Təhsil şöbəsinin nümayəndəsi Qələmşah Dostuyevin Pedaqoji şura haqqında yazısını təqdim edir:

 

“Məktəblərdə tərsinə gedən bir proses!

 

Pedaqoji şura və müəllimlər!

 

Mövcud qanunvericiliyə görə,məktəbin ali idarəetmə orqanı Pedaqoji şuradır.
Hesab edin ki, məktəb bir parlamentli Respublikadır və Pedaqoji şura həmin məktəbin parlamentidir. Əsas güc strukturudur.

 

Absurd ondan ibarətdir ki, rəhbər daha çox çalışmalıdır ki, müəllimlər pedaqoji şuraya gəlməsin və ya ona barmaqarası baxsın ki, direktor da bundan istifadə edib, pedaqoji şuraları formal bir təsisata çevirsin, daha çox güc və hakimiyyət əldə etsin. Normal düşüncə ilə baxsaq, müəllimlər isə əksini istəməlidir. Pedaqoji şuraların işində daha fəal olmalı və qərarların verilməsində rol almalı və təsir gücünü artırmalıdır.

 

Yəni, məntiqlə belə olmalıdır!

 

Amma bizdə bu məntiq tərsinə işləyir.

 

Müəllimlər daha çox, pedaqoji şura iclaslarından yayınmağa çalışırlar. Bir bəhanə ilə aradan çıxmağa çalışırlar.

 

Pedaqoji şura iclasları çağrılanda, qanları qaralır. Nədir ki, orda 1 saat vaxtları gedəcək.

 

Əksəriyyəti məsuliyyət hiss edib, onu bölüşmür. Atmaq istəyir məktəb rəhbərinin üstünə.

 

Əksinə, bəzi hallarda, məktəb direktorları məcbur qalıb, təzyiqlə müəllimləri pedaqoji şura iclaslarına yığır. Hətta iştirakdan yayınanları, bu və ya digər formada cəzalandırmağa girişir.

 

Qəribə deyilmi?

 

Halbuki, məktəb direktoru üçün, daha az maraqlı olmalıdır! Hamının iştirakı!
Onsuzda 3/2 hissəsinin iştirakı ,kifayət edir. Onun da 50 +1 faizi qərarların qəbulunda həlledici rola malik olur. Kollektivin 33 faizi.

 

Sonra isə müəllimlər çağır-bağı salırlar ki, direktor bizi saymır.
Niyə saysın ki? Əgər müəllimlər özlərinin təmsil olunduğu və çox böyük səlahiyyətləri olan məktəbin ən ali orqanı olan bir qurumu, əhəmiyyətsiz və mənasız bir şeyə çevirirlərsə ,nəticədə də direktorun mütləq hakimliyi məntiqlidir və başa düşüləndir. Burda direktoru günahlandırmaq yerinə, özlərini günahlandırmaq,daha məntiqli bir addım olardı.

 

Nə əkərsən, onu da biçərsən!”