Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-01 12:00:00
“Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsi elan olundu  

Azərbaycan Prezidenti yanında Bilik Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailəliklə kitabxanaya” birgə layihəsi çərçivəsində “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsini elan edirlər.

Komitədən AzEdu.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən ailənin üzvü ev kitabxanasının fotoşəklini çəkib 30 avqust 2018-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilər.

Müsabiqənin yekununda ən zəngin ev kitabxanası olan ailə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyə ilə mükafatlandırılacaq.

Müsabiqənin şərtləri:

- Fotolar 2048/1536 ölçüdə təqdim olunmalıdır.
- Fotolara zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, ünvan) qeyd edilməlidir.
- Hər ailə müsabiqəyə iki foto təqdim edə bilər.
- Təşkilat Komitəsi yalnız orijinal fotoları qəbul edəcək.

Qeyd. Bu məqsədlə Təşkilat Komitəsinin üzvləri tərəfindən qalib seçilmiş ailənin ev kitabxanasına baxış keçirilməsi nəzərdə tutulur.

Əlavə məlumat üçün:
- (012) 539 11 91 (Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu)
- (012) 493 79 62 (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi)